Bölmələr
Bankı kəşf et
Əsas səhifə / Bankı kəşf et / Bakı Mühəndislik Universitetində təşkil olunan karyera sərgisində Bank of Baku olaraq iştirak etdik
22 May 2025

22.05.25 tarixində Bakı Mühəndislik Universitetində təşkil olunan karyera sərgisində Bank of Baku olaraq iştirak etdik. Sərgi çərçivəsində tələbə və məzunlara Bank of Baku-da mövcud vakansiyalar, işə qəbul prosesi və karyera imkanları barədə ətraflı məlumat təqdim olundu. Görüş zamanı iştirakçılara bankda işə qəbulun mərhələləri, tələb olunan bacarıq və keyfiyyətlər, eləcə də gənc mütəxəssislər üçün nəzərdə tutulmuş inkişaf proqramları haqqında ətraflı izah verildi. Bank olaraq gənc istedadların dəstəklənməsi və onların əmək bazarına uğurlu inteqrasiyası bizim üçün prioritet istiqamətlərdən biridir.

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz