23 may 2025-ci il tarixində Bank of Baku və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı çərçivəsində universitetin tələbələri ilə görüş təşkil olunub. Görüşün əsas mövzusu “Karyera planlaşdırılması və şəxsi inkişaf” olub. Tədbirin məqsədi tələbələrə gələcək peşə həyatlarını düzgün planlamaqda dəstək olmaq, onların şəxsi inkişafına töhfə vermək və motivasiyalarını artırmaq idi. Görüş zamanı tələbələrlə praktiki biliklər, real iş mühiti haqqında fikirlər paylaşılıb, eyni zamanda Bank of Baku-nun fəaliyyəti və tələbələr üçün mövcud karyera imkanları təqdim olunub.
Bank of Baku olaraq, gənclərin inkişafına və onların peşəkar karyera yolunda irəliləməsinə dəstək göstərmək bizim üçün hər zaman prioritetdir. Bu kimi təşəbbüslər vasitəsilə bilik və təcrübəmizi tələbələrlə bölüşməkdən məmnunluq duyuruq.