Müəyyən olunmuş texniki tapşırıqlar və spesifikasiyalara uyğun olaraq sadə Java kodları yazmaq.
Yazdığı kodu unit test-lərlə yoxlamaq (məsələn, JUnit istifadə etməklə).
Mövcud kod bazasında kiçik düzəlişlər və təkmilləşdirmələr etmək.
Bug fix-lərdə iştirak etmək, sadə problemləri araşdırmaq.
Senior developer-lərdən gələn tapşırıqları yerinə yetirmək.
Kod review-lərdən öyrənmək və geri bildirimləri nəzərə almaq.
Yazdığı və ya dəyişdirdiyi kod üçün texniki sənədləri və ya şərhləri hazırlamaq.
API və modul sənədlərinin yenilənməsində iştirak etmək.
Java, Spring, Hibernate, Maven və digər texnologiyalar üzrə öz biliklərini artırmaq.
Komanda daxili təlimlərdə və workshop-larda iştirak etmək.
Layihənin qəbul olunmuş kodlaşdırma standartlarına uyğun işləmək.
Git, SVN kimi version control sistemlərindən düzgün istifadə etmək.
Sadə test case-lər hazırlamaq və icra etmək.
Debugging proseslərində iştirak etmək və problemləri qeyd etmək.
Universitetdə kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli ixtisas üzrə təhsil alır olmaq (və ya yeni məzun).
İngilis dili texniki sənədləri oxuyub başa düşmək üçün kifayət qədər bilmək.